Pandemiyadan sonra Bakıda ilk Novruz yarmarkası - BAKU TV

Pandemiyadan sonra Bakıda ilk Novruz yarmarkası - BAKU TV Novruz bayramının gəlişinə az qalıb. Hər il olduğu kimi, bu il də dövlət səviyyəsində keçiriləcək bayramla bağlı paytaxtda hazırlıqlara başlanılıb. Paytaxtın Nizami küçəsində bayramla əlaqədar kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulan yarmarkanın açılması da planlaşdırılır. Rəngarəngliyi ilə göz oxşayan yarmarkada istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb. Qeyd edək ki, tədbir 1 mart tarixindən 10 aprel tarixinədək davam edəcək. Novruz bayramı ilə bağlı ilk xeyriyyə yarmarkası “Torpaq əlimdə, bahar ürəyimdə“ adı altında 2019-cu ildə təşkil olunub. Sonrakı illərdə yarmarka pandemiya səbəbi ilə təxirə salınıb. Bu, pandemiyadan sonra təşkil olunan ilk belə tədbir olacaq. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və r
Back to Top