“Bizi ən çox yandıran odur ki, narkotiklə şərləyib, mediaya cəasus kimi təqdim edirlər“

Mayın 26-da həbsdə olan inaclı fəalların bir qrup ailə üzvü Azərbaycan Prezident Admistrasiyasının binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları həbsdə olan yaxınlarının fotolarını qaldıraraq onların günahsız olduğunu bildirib. Etiraz aksiyasının iştirakçılarından biri Amerikanın Səsinə bidirib ki, ailə üzvlərini narkotik ittihamı ilə saxlasalar da istintaqda sorğu-suallar İranla bağlı olub və daha sonra yerli televiziya kanalları onları “İran casusu” kimi təqdim edib. Polis aksiyaya müdaxilə etməyib. Lakin aksiya iştirakçılarına etirzalarını bildirmək üçün Prezident Administrasiyasının qəbul şöbəsinə müraciət etmələrini məsləhət görüb. Daha sonra aksiya iştirakçıları avtobusa mindirilərək Prezident Administrasiyasının binasının qarşısından uzaqlaşdırılıb. Xatırladaq ki, son aylarda Azərbaycanda İranla məxfi əməkdaşlıqda günahlandırılan çoxsaylı inanclı insan həbs edilib. Onların əksəriyyətinə sonradan narkotik ittihamı verilib. Bizi digər sosial şəbəkələrdə izləyin. Çəkin göndərin yayımlayaq - Whatsapp: 994 55 785 20 93 (Nurlan Libre)
Back to Top