Rusiyadan ABŞ-a xəbərdarlıq - BAKU TV

Rusiyadan ABŞ-a xəbərdarlıq - BAKU TV Rəsmi Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar paketi tətbiq etməsi ABŞ və Rusiya arasında münasibətləri kəsməyə bərabər olacaq. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mediaya müsahibəsində bildirib. Sergey Lavrov Rusiyanın ABŞ və NATO ilə apardığı müzakirələrdən də danışıb: “Hazırkı mərhələdə biz ABŞ və NATO-dan aldığımız cavabları analiz edirik. Deyə bilərəm ki, ABŞ-nin təqdim etdiyi sənəd diplomatik proses baxımından nümunəvidir. Lakin NATO-nun cavabı sanki qürurunu əks etdirir. Hətta deyərdim ki, bu sənədi yazanların yerinə utandım. Bundan sonra atılacaq addımlar, veriləcək cavablar Rusiya Prezidenti tərəfindən elan olunacaq”. O, həmçinin Rusiyaya sanksiyaların tətbiqi məsələsi, o cümlədən beynəlxalq bank sistemindən təcrid edilmə ilə bağlı ölkəsinin mövqeyinin ABŞ-nin diqqətinə çatdırıldığını qeyd edib. Rusiyalı nazir bildirib ki, belə addımlar münasibətləri daha da kəskinləşdirəcək.
Back to Top