Türkiyədə dağıntılar altından sərvət çıxdı - BAKU TV

Türkiyədə dağıntılar altından sərvət çıxdı - BAKU TV Rusiyalı xilasedicilər Türkiyədə yaşayış binasının dağıntıları altından külli miqdarda pul tapıblar. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” kanalında məlumat verilib. Xilasedicilər bildiriblər ki, daha bir dağıntı təbəqəsini qaldırdıqları zaman içərisində yüz dollarlıq əsginaslarla dolu qazan aşkar ediblər. Bildirilib ki, qazandakı məbləğ 150 min dollar olub. Məlumata görə, tapılan pullar yerli polisə təhvil verilib. Bundan başqa, Türkiyədə qeydə alınan güclü zəlzələdən sonra axtarış-xilasetmə işləri üçün Bartından Hataya gələn mədənçilər qızıl-zinət əşyaları tapıblar. Türkiyə Taşkömür Təşkilatının mədənçiləri Antakyada bir mənzildə qazıntılar zamanı qara çantada çoxlu miqdarda qızıl, pul və kredit kartı olduğunu görüblər. Mədənçilər çantadakı bütün pul və qızılları polisə təhvil veriblər. Türkiyədə dağıntılar altından sərvət çıxdı © 2023 © All Rights Reserved ℗ Baku TV #turkiye #servet #servetcixdi
Back to Top