“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib Azərbaycan Respublikası Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” layihəsinin növbəti tədbiri keçirildi. Bu dəfə tədbir Dağüstü parkda təşkil olundu. Tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir. Olimpiya çempionlarının da dəvət olunduğu tədbir Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindən başlayıb. Ekskursiya avtobuslarında şəhəri gəzən şəhidlərin övladları “Zəfər marşı”nı ifa edərək tədbirə qatıldılar. Onlar öz atalarının fotoları həkk edilən geyimlərdə, digər uşaqlar üzərində subay şəhidlərimizin rəsmləri, şəhid anaları isə övladlarının şəkli olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə tədbirə qatıldılar. Tədbirin rə
Back to Top