Krımda güclü partlayış - BAKU TV ()

Krımda güclü partlayış - BAKU TV () Qarabağdakı antiterror əməliyyatı ilə bağlı ən son görüntü və xəbərləri teleqram kanalımızda izləyin: Aktual xəbərlərimiz Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib. Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib. Onun sözlərinə görə, partlayışdan sonra ərazidə güclü yanğın başlayıb. Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub. Hazırda yanğın davam edir. Krım rəhbərinin informasiya siyasəti üzrə müşaviri Oleq Kryuçkov isə özünün “Telegram“ kanalında bildirib ki, Cankoy rayonunun Mayskoye kəndində baş verənlərin bütün təfərrüatları dəqiqləşdirilir. “Hamıdan xahiş edirəm ki, hadisə ilə bağlı dezinformasiya yaymasınlar, yaxın gələcəkdə ortaya çıxacaq rəsmi məlumatı gözləsinlər“, - deyə Kryuçkov əlavə edib. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Krımda güclü partlayış #bakutv #krım #partlayis #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top