Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaq - BAKU TV
Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaq - BAKU TV
Ermənistanın mediası separatçıların lideri Arayik Arutyunyanın fevralın 23-də qondarma dövlət naziri Ruben Vardanyanla bağlı xüsusi müraciət ünvanlayacağını açıqlayıb.
“Joğovurd” nəşri bildirib ki, Xankəndidəki mənbələrindən əldə etdikləri məlumata görə, Arayik öz müraciətində Ruben Vardanyanın postundan getdiyini elan etmək niyyətindədir. Təbii ki, əgər qarşıdakı iki gündə bəzi dəyişikliklər baş verməsə. Məlumatda bundan əlavə olaraq ın bu xəbəri fevralın 17-də açıqlamaq niyyətində olduğu deyilir. Bəzi məsələlərin dəqiqləşdirilməsi uzun zaman apardığından təxirə salmaq qərarına gəliblər.
Qeyd edək ki, bəzi erməni teleqram kanallarında yayılan məlumatlarda bildirilir ki, Qarabağdakı ermənilər ın Xankəndidən gedəcəyi təqdirdə, Azərbaycan vətəndaşlığını qəbul etmək niyyətindədirlər.
Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaq
© 2023 © All Rights Reserved ℗ Baku TV
#qarabagermenileri #vetendasliq #vetendasliq