Xəzər Süleymanlı-Məni gözəl xatırla

Məni gözəl xatırla, Bunlar son sətirlər Fərz et ki, bir meh idim, əsib keçdim həyatından Ya da bir yağış, sel oldum küçəndə... Sonra torpaq çəkdi suyu İtib getdim... Bəlkə də bir yuxu idim səninçün Oyandın və mən bitdim Məni gözəl xatırla! Çünki sevdim səni, hər şeyini... Sənə sirdaş oldum, dost oldum Üzünə vurmadım heç bir əskikliyini Məni üzdün qınamadım Öyrəşdim vəfasızlığa... Məni gözəl xatırla! Səhifələrnən məktub buraxdım sənə Şeirlər yazdım hər gecə, çoxunu oxumadım... Saxladım günahını, savabını içimdə, səssizcə getdim... Məni gözel xatırla! Sənə unudulmaz gecələr verdim Sənə ən yorğun sabahlar Gülüşümü, gözlərimi, sonra səsimi verdim Ən gözəl şeirləri yazdım gözlərinə baxa-baxa Deyilməmiş əlvidalar saxladım hər küncə... Nə axtararsan bir sevdanın içində Artıqlamasıyla qoydum arxamda Məni gözəl xatırla! Dizlərində yuxuya getdiyimi düşün Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün Xoşbəxt olduğun anları gətir gözünün önünə İndi səninlə yaşanan günləri oda verirəm Məni gözəl xatırla! Gedirəm... fon musiqi: Fuad İbrahimli #xezersuleymanli #mikayilmusfiq #menigozelxatirla
Back to Top