Ağlayaraq hakimdən imdad diləyən erməniyə hökm oxundu - Baku TV

Ağlayaraq hakimdən imdad diləyən erməniyə hökm oxundu - Baku TV Casusluqda ittiham olunan ermənilər – Davit Davtyan və Gevorg Sujyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Vidadi Orucəliyev ifadə verib. Prosesdə daha sonra sənədlərin tədqiqi mərhələsinə keçilib. Təqsirləndirilən şəxslər çıxış ediblər. İttiham nitqi ilə çıxış edən prokuror təqsirləndirilən şəxslərin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin vəkilləri də çıxış etdikdən sonra mühakimə olunanların son sözü dinlənilib. Hakimlər kollegiyasının müşavirəsindən sonra prosesdə hökm oxunub. Qeyd edək ki, hər iki təqsirkar 2020-ci il noyabrın 11-də Laçın dəhlizi ilə Şuşaya gedən zaman Silahlı Qüvvələrimizin əməkdaşları tərəfindən saxlanılıblar. 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunan bu şəxslər Vətən müharibəsi zamanı döyüş əməliyyatları gedən ərazil
Back to Top