Севда Алекперзаде - Мое сердце - Шуша (2021) ///Бакинский джаZZ///

Музыка: Анар Брамо Слова: Лейла Бегим Azərbaycanın döyünən qəlbi, Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb. Şuşa haqqında kompozisiyanın müəllifi xaricdə yaşayan həmyerlimiz Anar Bramodur. Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsus olan “Mənim ürəyim Şuşa” adlı mahnının musiqisi məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib. Azərbaycan, rus və ingilis dilində hazırlanan musiqi parçasını müvafiq olaraq əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan istedadlı müğənnimiz Ülviyyə Salayeva ifa ediblər. Bakı Media Mərkəzinin həyata keçirdiyi musiqi kompozisiyasının çəkilişlərində dirijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.
Back to Top