Ərdoğan “TikTok“ da - BAKU TV

Ərdoğan “TikTok“ da - BAKU TV Aktual xəbərlərimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TikTok” sosial şəbəkəsində hesab açıb. “Rtedijital” istifadəçi adı ilə açılan hesabda Türkiyə Prezidentinə aid videolar paylaşılır. Qısa müddət ərzində prezidentin hesabını 100 minə yaxın istifadəçi izləməyə başlayıb. Paylaşılan videolar arasında ən çox izlənən isə Ərdoğanın Sincanda qərənfillərlə qarşılanması görüntüləri olub. Sosial şəbəkə istifadəçiləri şərh bölməsində prezidentə olan sevgilərini bildirirlər. Qeyd edək ki, dünyanın ən populyar sosial media platforması olan “TikTok” təkcə əyləncə vasitəsi deyil, həm də siyasətçilərin insanlarla ünsiyyət qurması üçün mühüm vasitəyə çevrilib. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Ərdoğan “TikTok“ da © 2022 © All Rights Reserved ℗ Baku TV #erdogan #tiktok #tiktokhesabi
Back to Top