Rusiyalı politoloq: Ermənistan masa arxasına ABŞ-ni də oturtmaq istəyir - Baku TV
Rusiyalı politoloq: Ermənistan masa arxasına ABŞ-ni də oturtmaq istəyir - Baku TV
Rusiyalı politoloq, Çağdaş Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilmiş görüşünü şərh edib.
Baku TV-yə açıqlama verən politoloq bildirib ki, Azərbaycanla sərhədlərin delimitasiyası üzrə danışıqların uzanması Ermənistana yalnız zərər vurur. O, əlavə edib ki, nə Azərbaycanda, nə də Rusiyada mürəkkəb iqtisadi proseslər müşahidə olunmur və hər iki ölkənin iqtisadiyyatı uğurla inkişaf edir.
Politoloq qeyd edib ki, Ermənistanın prosesi uzatması özü üçün fəlakətə bərabərdir. Onun sözlərinə görə, üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsindən Ermənistan yalnız qazanc əldə edəcək.
Dmitri Solonnikov əlavə edib ki, Ermənistan rəhbərliyi bir sıra addımlar atmaqla, təzyiqi artırmaqla Rusiyanın mövqeyinə təsir etməyə çalışırdı.
________________________________
Pulsuz Elanlar:
Website:
Bizi izl
5 views
17
2
4 months ago 00:02:19 1
Paşinyan mütləq Azərbaycana gəlsin və... | Dünya liderləri hərəkətə keçdi