“Cəfər Cabbarlı-Xətai“ mənzilindəki yeni tunel yolunda ilk dəfə dəmir-beton bloklar qurulur
Bakı metropoliteninin uzun illərdir istismar olunan tunel yollarında ilk dəfə dəmir-beton blokların quraşdırılmasına başlanılıb. Hələ avqust ayında “Cəfər Cabbarlı“ stansiyasının əsaslı təmiri və yenidənqurma işlərinin tərkib hissəsi kimi “Xətai“ stansiyası istiqamətindəki tunelin 481 m hissəsində ağac şpalların sökülməsi başa çatıb. Onu da qeyd etmək yerinə düşər ki, ağac şpallar ölkə xaricindən gətirildiyi halda, dəmir-beton bloklar metropolitenin özünün istehsalat sahəsində ən müasir texnologiyalar əsasında qurulmuş sexdə hazırlanır və bu səbəbdən əsaslı maliyyə qənaətinə və iqtisadi səmərəyə nail olunur.
#İTV
#İTVXəbər
#ictimaitv #video #televiziya #baku #videolar #itv
55 views
124
26
3 years ago 00:01:56 55
“Cəfər Cabbarlı-Xətai“ mənzilindəki yeni tunel yolunda ilk dəfə dəmir-beton bloklar qurulur
4 years ago 00:04:20 1
Bakıda metronun. Açıq-Yaşıl xətt. Səfər: Cəfər Cabbarlı - Xətai