Xankəndinə qanunsuz yük daşıyan iranlılar saxlanılıb - Baku TV

Xankəndinə qanunsuz yük daşıyan iranlılar saxlanılıb - Baku TV Erməni mediası yazır ki, İrandan Xankəndinə gedən iki yük avtomobili saxlanılıb. Belə ki, Azərbaycan hərbçiləri Gorus-Qafan avtomobil yolunda Təbrizdən Xankəndinə gedən iki yük maşının sürücüsünü həbs ediblər. Ermənilər bildirir ki, saxlanılan avtomobillərdə Xankəndi və İrəvana qətran daşınırmış. Sürücülərə telefon vasitəsi ilə İran tərəfinə saxlanıldıqlarını bildirmək üçün imkan yaradılıb. Erməni jurnalistlər məsələyə aydınlıq gətirmək və ya şərh almaq üçün Ermənistan Milli Təhlükəsizlik xidməti ilə əlaqə saxlamağa cəhd edib. Lakin bu, uğursuz olub. İranın Ermənistandakı səfirliyi isə erməni mediasına bununla bağlı məlumat vermək üçün yazılı sorğu göndərilməsini istəyib. Azərbaycanın Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, həmin sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar. Həmçinin qeyd edilib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycanın qanunvericiliyinə uyğun tədbirlər görüləcək.
Back to Top