Snayperlərin xüsusi hazırlıq kursu keçirilib - BAKU TV

Snayperlərin xüsusi hazırlıq kursu keçirilib - BAKU TV Bu ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir. Kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətləri mənimsəniləcək, atəş və fiziki hazırlıqlara xüsusi diqqət yetiriləcək. Praktiki məşğələlər zamanı snayperlər istənilən hava şəraitində, fərdi və cütlük şəklində hərəkət edərək müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş açma tapşırıqlarını yerinə yetirirlər. Bundan əlavə, atəş mövqeyinin seçilərək hazırlanması, təlim-döyüş tapşırığının yerinə yetirilməsi üçün təyin olunan obyektlərə gizli yaxınlaşma, əlverişsiz vəziyyətlərdə atəş açma, aşkara çıxdıqda mövqeni tərk etmə və digər vərdişlər təkmilləşdirilir. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və rus dillərində cəmiyyətə çatdırmaqdır. Pulsuz Elanlar:
Back to Top