Azərbaycan ordusu Qarabağda dislokasiya yerlərini dəqiqləşdirir

Azərbaycan Ordusunun bölmələri Qarabağda güc tətbiq etmədən mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilmə işlərini davam etdirir. Müdafiə Nazirliyindən bildirilib ki, proses zamanı hər hansı insident baş verməyib. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verdiyi barədə Ermənistan tərəfinin yaydığı məlumatların isə təxribat xarakterli olduğu vurğulanıb. #İTV #İTVXəbər #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top