Astanada Heydər Əliyev küçəsinin açılışı olub - BAKU TV

Astanada Heydər Əliyev küçəsinin açılışı olub - BAKU TV Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev açılış mərasimində iştirak ediblər. Dövlət başçıları əvvəlcə türk xalqlarının ortaqlığının, mədəni dəyərlərinin yaxınlığının və Azərbaycan xalqına hörmətin rəmzi olan monumentin üzərindən ağ örtüyü götürüblər. İlham Əliyev və Kasım-Jomart Tokayev açılış mərasimində çıxış etdikdən sonra Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkiblər. Daha sonra dövlət başçıları şəhər ictimaiyyətin nümayəndələri ilə görüşüb söhbət ediblər. Astanada Heydər Əliyev küçəsinin açılışı olub © 2023 © All Rights Reserved ℗ Baku TV #astana #heyderaliyev #kuce
Back to Top