Yadigarlar - Məmməd Araz |

Veriliş böyük şair Məmməd Arazın 90 illiyinə həsr olunub. Çıxışçıla: Akademik Nizami Cəfərov , Xalq şairi Sabir Rüstəmxanlı, aparıcılar: Əməkdar jurnalist Flora Xəlilzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyev. Copyright © Mədəniyyət TV YouTube kanalına abunə olun: Facebook - İnstagram - Youtube - Rəsmi sayt: İnsanların zövqünün formalaşmasında, mədəni səviyyəsinin yüksəlməsində mətbuatın, ən əsası isə telekanalların rolu danılmazdır. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında yaradılmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış “Mədəniyyət” kanalı məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir. “Mədəniyyət” kanalının əsas məqsədi Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövqünü formalaşdırmaqdır. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı hazırlanan dövlət proqramları və Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişafı ilə bağlı sərəncamları təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var. “Mədəniyyət” kanalının yaradılması da dövlətimizin, onun başçısı İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. #AZTV #MədəniyyətTV
Back to Top