İlham Əliyevin Pakistanda rəsmi qarşılanma mərasimi

İlham Əliyevin Pakistanda rəsmi qarşılanma mərasimi Pakistan İslam Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-də İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Əvvəlcə rəsmi foto çəkdirilib. Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib. Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib. Pakistan nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Baş nazir Məhəmməd Şahbaz Şərifə təqdim olunub. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ İlham Əliyevin Pakistanda rəsmi qarşılanma mərasimi 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #prezident #pakistan #ihaməliyev #səfər #islamabad #fəxriqaravul #rəsmisəfər #məhəmmədşahbazşərif
Back to Top