Sona Azizova - 100 (Rəsmi Musiqi)

Sona Azizova - 100 (Rəsmi Musiqi) Mahnını dinləmək üçün platformalar: Söz: Səməd Vurğun Musiqi: Mila Miles Aranjiman: Rüstəm Rzayev, Mila Miles Tar: Şəhriyar İmanov Səs uzlaşması: Rüstəm Rzayev Studiya: BEAT Music Leybl menecer: Amal Əlili Musiqi leyblı: BEAT Music SÖZLƏR: Çox keçmişəm bu dağlardan Durna gözlü bulaqlardan! Eşitmişəm uzaqlardan Sakit axan arazları Sınamışam dostu, yarı El bilir ki, sən mənimsən Yurdum, yuvam, məskənimsən Anam doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana Odur ki, bağlıyam sana Hanki səmtə, hanki yana Hey uçsam da, yuvam sənsən Elim, günüm, obam sənsən! Dağlarının başı qardır Ağ örpəyin buludlardır Böyük bir keçmişin vardır Bilinməyir yaşın sənin Nələr çəkmiş başın sənin Könlüm keçir Qarabağdan Gah bu dağdan, gah o dağdan Axşamüstü qoy uzaqdan Havalansın xanın səsi Qarabağın şikəstəsi Dinlə məni, gözəl Vətən Bir söz gəlir ürəyimdən Azadlığın eşqiylə sən Güləcəksən hər bir zaman Azərbaycan, Azərbaycan! Azərbaycan Sona Azizova - 100. (C) 2023 BEAT Music Bütün hüquqlar BEAT Music leyblı tərəfindən qorunur. #SonaAzizova #100 #BEATMusic
Back to Top