Laçın dəhlizinə alternativ yolun tikintisi bitdi - BAKU TV

Laçın dəhlizinə alternativ yolun tikintisi bitdi - BAKU TV Qarabağdakı antiterror əməliyyatı ilə bağlı ən son görüntü və xəbərləri teleqram kanalımızda izləyin: Aktual xəbərlərimiz Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Avtomobil yolunun tikintisi zamanı 7,3 milyon kubmetr həcmində qazma-tökmə işləri, 1,3 milyon kubmetr həcmində qaya partlatma işləri yerinə yetirilib. Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149,5 metr, eni 13,5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib. Daha sonra “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol geyimi inşa edilib, asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib. Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi quraşdırılıb. Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib. Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Laçın dəhlizinə alternativ yolun tikintisi bitdi #bakutv #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər #qarabag #qarabagda #veziyyet #qarabağda #vəziyyət
Back to Top