İran Xoyda təbii fəlakətdən əziyyət çəkən, soyuqda donan, ac qalan vətəndaşına milli mənsubiyyətinə görə nəinki əlini uzatmır, hətta dəstək olmaq istəyən Azərbaycan və Türkiyəyə də mane olur. “Cəhənnəmə gedən özünə yoldaş axtarar” deyiblər. Belə görünür ki, İran hökuməti özünün olduğu quyuya qonşularını da salmaq istəyir. Heç sevmədiyi qonşusu isə təbii ki, Azərbaycandır. İran sərhədimizdə güc nümayişi, səfirliyimizə terror hücumu, ardı-arası kəsilməyən revanşist bəyanatlar, hədələrlə planlarını həyata keçirmək istəyir. İndi İran dünya dövlətləri tərəfindən təklənib. İran nüvə enerjisini hərbi məqsədlərlə istifadə etməyə, nüvə silahı yaratmağa çalışır. Bu da nəinki İranın düşmən elan etdiyi ABŞ və İsrail, bütün bəşəriyyət üçün açıq-aşkar təhdiddir. Əgər İran-İsrail müharibəsi baş verərsə, İranın hərbi obyektlərini bombalayan xarici güclərin də təsiri ilə yenidən xalq etirazları güclənəcək. Bu da İran dövləti üçün ağır nəticələnəcək. Ekspertlərin fikrincə, Azərbaycanın prosesə birbaşa müdaxilə edəcəyi gözlənilmir. #azərbaycan #iran #bakı #tehran #tehranmediası #səfirlik #terror #təbriz #xoy #cənubiazərbaycan #güneyazərbaycan #sepah #israil #abş #müharibə #sülh
#ictimaitv #video #televiziya #baku #videolar #itv
5 views
5
0
3 months ago 00:18:23 1
İsrail-İran neden birbirini vurmaya başladı?
1 year ago 00:16:23 1
İran və İsrailin gizli dostluğunun ifşası, 2500 illik ittifaq. Xamneyiyə xatırlatma..
2 years ago 00:08:53 4
İran və Azərbaycan orduları üz-üzə: kim daha güclüdür?