Xırdalan şəhər 11 illik musiqi məktəbi və Göyçay şəhər UMM birgə konserti ()

Tarzən Rövşən Zamanovun videotekasından Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Göyçay rayonuna səfər edib Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi respublikamızda fəaliyyət göstərən digər uşaq musiqi və incəsənət məktəbləri ilə sıx əlaqələr yaradılması istiqamətində öz ənənəsini davam etdirməkdədir. Adı çəkilən məktəbin kollektivi, regionlararası qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində musiqi təhsili sahəsinə diqqət və qayğının artırılması, onun inkişaf etdirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, onların yaradıcılıq potensialının yüksəldilməsi məqsədi ilə Ağdaş Regional Mədəniyyət İdarəsinin dəvəti ilə dekabrın 16-sında Göyçay şəhər A.Məmmədov adına uşaq musiqi məktəbinin qonağı olub. Tədbirdə çıxış edən Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər xanım Zeynalova belə əlaqələrin yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib. Göyçay şəhər A.Məmmədov adına uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov və Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov öz çıxışlarında bu əlaqələrin davamlı, həmçinin uzun ömürlü olacağına əmin olduqlarını bildiriblər. Sonra hər iki məktəbin müəllim və şagirdlərinin ifasında klassik musiqilər, bəstəkar və xalq mahnıları, muğamlardan ibarət maraqlı konsert proqramı təqdim olunub. Konsert, hər iki məktəbin direktorlarının birgə ifası ilə səslənən musiqi nömrəsi ilə yekunlaşıb. Tarix: Məkan: Arif Məmmədov adına Göyçay şəhər uşaq musiqi məktəbi Videooperator: Nicat Yüklədi: Mürsəl Zamanov #MədəniyyətNazirliyi #AbşeronXızıRegionalMədəniyyətİdarəsi #MərkəziAranRegionalMədəniyyətİdarəsi #Xırdalanmusiqiməktəbi #Göyçayuşaqmusiqiməktəbi #RövşənZamanov #İkramManafov Azerbaijan Tar player, musician Rovshan Zamanov Азербайджанский музыкант , тарист
Back to Top