FHN: “Naxçıvanda selin fəsadlarının aradan qaldırılmasına 23 texnika cəlb olunub“
Ötən gün Naxçıvan şəhərinə güclü leysan yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub.
Naxçıvan FHN-in mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlərin və həyətyanı sahələrin, inzibati binaların, avtomobil yollarının subasmaya məruz qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə Mülki Müdafiə Alayının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması həyata keçirilib. Belə ki, Naxçıvan şəhəri və Babək rayonlarında 40-dan artıq fərdi yaşayış evi, 4 obyekt, 3 inzibati binada suçəkmə işləri aparılıb.
Bütün bu tapşırıqların yerinə yetirilməsinə 159 nəfər şəxsi heyət, 23 texnika, cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.
26 views
65
12
2 years ago 00:00:18 26
FHN: “Naxçıvanda selin fəsadlarının aradan qaldırılmasına 23 texnika cəlb olunub“
2 years ago 00:08:19 1
Naxçıvanda zabitlər ordudan təxris olunmaq istəyir; Naxçıvan FHN-də kadr dəyiş