Qalatasaray 1:3 Bayern Münhen | UEFA Çempionlar Liqası | İCMAL

A qrupunun ilk matçında “Qalatasaray“ “Bayern Münhen“i qəbul edib. İstanbul klubu ilk dəqiqələrdən hücuma atılsa da, 8-ci dəqiqədə qapısında qol görüb. Kinqsli Koman rəqib müdafiəçilərin səhvini bağışlamayıb. Ev sahiblərinin buna cavabı 30-cu dəqiqədə gəlib. Mauro İkardi təyin olunan penaltini panenka zərbəsi ilə qola çevirib. Tərəflər fasiləyə 1-1 hesablı heç-heçə ilə yollanıblar. İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçib. 73-cü dəqiqədə Harri Keyn “Bayern Münhen”i hesabda önə çıxarıb. 6 dəqiqə sonra Camal Musiala qarşılaşmada son nöqtəni qoyub. =========================================================================== Azərbaycanın HD yayıma çıxan ilk telekanalı olan “CBC Sport” Azərbaycan və dünya idmanının nəbzini tutur, sağlam həyat tərzini təbliğ edir. Ən nüfuzlu daxili və xarici yarışları tamaşaçısına açıq yayımda təqdim edən “CBC Sport” gündəlik xəbərlər bloku, gündəm verilişləri, analitik və əyləncəli proqramları, icmallar və filmləri ilə Azərbaycanda idman yayımçılığını yeni səviyyəyə qaldırır. Abunə ol!: Rəsmi saytımız: Bizi sosial şəbəkələrdə axtarın: Instagram: Facebook: Telegram: Kanalında yayımlanan videoların müəllif hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhsulların başqa kanallarda icazəsiz yayımlanması qadağandır!
Back to Top