Manaf Ağayev həbs olundu - BAKU TV

Manaf Ağayev həbs olundu - BAKU TV Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynov işğaldan azad edilən ərazilərə müvafiq icazələri olmadan səfər etdiklərinə görə cəzalandırılıblar. Bu barədə Baku TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, onların barələrində protokollar tərtib edilib və məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs olunub. Qeyd edək ki, bir neçə gün öncə müğənni Manaf Ağayevin işğaldan azad olunan Füzuli rayonu ərazisinə səfər etməsi ilə bağlı video yayılıb. Sözügedən görüntülərdən sonra müğənni ilə yanaşı, onun avtomobilinin yanında görünən 10-AA-307 dövlət nömrə nişanlı maşının sahibi Sənan Hüseynov da saxlanılıb. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və rus dillərində cəmiyyətə çatdırmaqdır. Pulsuz Elanlar:
Back to Top