Ermənilərin narahatlığının səbəbi bilindi - BAKU TV

Ermənilərin narahatlığının səbəbi bilindi - BAKU TV Ermənilərin Birinci Qarabağ müharibəsində nümayiş etdirdiyi vəhşiliklərə dair daha bir nümunə işğaldan azad edilən Fərrux dağında üzə çıxıb. Belə ki, Azərbaycan Ordusunun hərbçiləri ərazidə qazıntı işləri apararkən Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olan şəxslərə aid olduğu bildirilən insan qalıqları aşkar edib. Şübhəsiz ki, bu, Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir. Əslində, ermənilərin işğal etdiyi ərazilər əllərindən çıxanda hay-küy yaratmaqlarının səbəblərindən biri də məhz kütləvi məzarlıqların aşkar edilməsidir. Çünki bununla qarşı tərəfin nə qədər cinayətkar olduğu, beynəlxalq hüququn bütün norma və prinsiplərinə xələl gətirdiyi qətiyyətlə sübuta yetirilir. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə həlak olan və əsir düşən 4 minədək soydaşımızdan bu günə qədər heç bir məlumat yoxdur. Onların yalnız bir ümumi ünvanı var: kütləvi məzarlıqlar. Bə
Back to Top