Aksiya - Bakı

Noyabrın 15-də İctimai Palatanın üzvləri Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirməyə cəhdlər ediblər. Amma bu, uzun çəkməyib. Onlar «Sərbəst toplaşmaq azadlığı bərpa edilsin!» və «Siyasi məhbuslara azadlıq!» şüarlarını səsləndiriblər. Əsasən gənclərlərdən ibarət aksiya iştirakçıları metronun «İçərişəhər» stansiyasından icra hakimiyyətinə doğru yürüş ediblər. Bu zaman polis müdaxiləsi ilə üzləşiblər.
Back to Top