Xankəndidə etirazlar başladı - BAKU TV ()
Xankəndidə etirazlar başladı - BAKU TV ()
Aktual xəbərlərimiz
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Avqustun 30-u axşam saatlarından etibarən Xankəndidə erməni sakinləri etiraz aksiyası təşkil ediblər. Yüzlərlə insan meydana toplaşaraq separatçı rejimin “lider”indən Maliyyə Nazirliyi və Təhlükəsizlik Şurasının rəhbərlərinin istefasını tələb ediblər.
Ermənistan mətbuatının yaydığı məlumatda bildirilir ki, Laçın dəhlizinin hazırda Azərbaycanın nəzarətində olmasından narazı olan separatçılar Arayik Arutyunyanla görüşdən sonra Xankəndidə mitinqə başlayıblar. Onlar Azərbaycanla bağlanan müqavilələrə xitam verilməsini tələb ediblər. Bundan başqa, aksiya iştirakçıları yüksək vəzifəli məmurları korrupsiyada ittiham ediblər. Əlavə ediblər ki, qondarma rejim onları tez bir zamanda Xankəndidən çıxmağa məcbur edir.
Gələcək həyatları barədə məlumatsız olan şikayətçilər qeyd ediblər ki, Xankəndini tərk etdikləri təqdirdə onlara veriləcək yeni mənzillərlə bağlı heç bir məlumat verilmir.
Özünü qondarma parlamentin spikeri adlandıran Artur Tovmasyan da etirazçılarla görüşdə onların suallarını cavablandırmayıb. Aksiya iştirakçıları bildiriblər ki, tələbləri yerinə yetirilənə qədər etirazlara davam edəcəklər.
Sosial şəbəkələrimiz
© 2022 © All Rights Reserved ℗ Baku TV
Xankəndidə etirazlar başladı
#etirazlar #xankendi #separatcilar #bakutvxeber #bakutv #bakutvnews