Ağdam cənnətə çevrilir: Dünyanı heyrətə salacaq 3 məhəllə - APA TV

#APATV #Prezident #İlhamƏliyev #Qarabağ #Ağdam #tapşırıq #təməlininqoyulması #MuğamMərkəzi #infrastruktur Qarabağın yenidən qurulması hər kəsi heyran edir. Görülən bərpa işləri isə Prezident İlham Əliyevin xüsusi diqqət və nəzarəti altında reallaşır. APA TV Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfərindən sonra prezidentin izi ilə Ağdamda olub. Ölkə başçısı və birinci xanım Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Mərkəzin binasının birinci mərtəbəsində kafe, kinozal, kitabxana, 637 yerlik konsert və iki rəqs zalının yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə isə inzibati otaqlar olacaq. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər və müdir otaqları yaradılacaq, ərazisində isə min kvadratmetrlik açıq amfiteatr inşa ediləcək. Prezident İlham Əliyev Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin də təməlini qoyub. Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik enerjisi ilə təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Elektrik şəbəkələrinin Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq. Dövlətimizin başçısının tapşırığı ilə Ağdam şəhər dəmir yolu və avtovağzal kompleksi də inşa olunacaq. Kompleks vahid nəqliyyat qovşağı kimi dizayn olunub. Bu da sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Milli memarlıq üslubunda inşa olunacaq kompleksin binasında şüşə elementlər üstünlük təşkil edəcək. Avtovağzalda ilkin mərhələdə şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının sayının 10 olması planlaşdırılır. Dəmir yolu vağzalında gündəlik 1000, avtovağzalda isə 1500 nəfərədək sərnişinin qəbul edilməsi nəzərdə tutulur. ✅ Rəsmi saytımız: ✅ Rəsmi facebook səhifəmiz: ✅ Rəsmi instagram səhifəmiz: ✅ Rəsmi twitter səhifəmiz: ✅ Rəsmi teleqram səhifəmiz: ✅ Rəsmi youtube kanalımız: Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@
Back to Top