Filmdə Azərbaycanda neft və qaz sənayesinin təşəkkül tapması və inkişafının ən mühüm mərhələlərindən, Bakının SSRİ-də birinci neft bazası kimi rolundan, neftçi kadrları hazırlayan əsas tədris ocağı olmasından, qəhrəman neftçilərimizin işindən, neftçi alimlərimizdən, neftçilərimizin Bolqarıstanda, İraqda, Əlcəzairdə, Hindistanda, Əfqanıstanda, Kubada, Suriyada və digər xarici ölkələrdə neft sənayesinin inkişafı sahəsindəki xidmətlərindən söhbət açılır.
Filmdə biz əfsanəvi neft ustası Piri kişi və öz işinin professoru Gülbala Əliyev, məşhur neftçilərdən Ağa Nemətulla, Mixail Kaveroçkin və Qurban Abbasov, Sibir bahadırı, geoloq Fərman Salmanov, dəniz buruq ustası Məmməd Qəmbərov, professor Əyyub Tağıyev, akademik Məmmədpaşa Quluzadə və başqaları ilə tanış oluruq.