Paşinyan azərbaycanlılardan qorxub yolunu dəyişdi - Baku TV

Paşinyan azərbaycanlılardan qorxub yolunu dəyişdi - Baku TV Ermənistanın Baş naziri Nikol Paşinyan Gorusda azərbaycanlılardan qorxaraq yolunu dəyişib. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Bildirilib ki, Baş nazir noyabrn 4-də Qafan meri olmağa namizəd David Danielyanın atasının dəfn mərasiminə gedib. Lakin Azərbaycanın nəzarətində olan Gorus-Qafan dövlətlərarası magistral yolu ilə deyil, hazırda təmir olunan alternativ Tatev yolu ilə gedib. Paşinyanı 20-yə yaxın maşın müşayiət edib. Polis əməkdaşları kəndlərin hər birinin kəsişməsində dayanaraq Baş nazirin avtomobil karvanına nəzarət edib. Maraqlısı isə odur ki, Paşinyanın gedişini izləyən yerli əhalidən heç kim ona yaxınlaşmayıb. “Qeyd edək ki, Ermənistanın Baş naziri azərbaycanlılardan qorxduğu üçün Ermənistanda dövlətlərarası yoldan istifadə etməkdən yayınıb. Eyni zamanda ermənilərdən də qorxub, çünki onu müşayiət edən mühafizəçilərin sayı və böyük polis qüvvələrinin nəzarəti bunu göstərir”, - deyə nəşr yazıb. ________________________________
Back to Top