Ağdama səfər etmək istəyənlər, tələsin ! - BAKU TV

Ağdama səfər etmək istəyənlər, tələsin ! - BAKU TV Qarabağa edilən hər səfər bizi “Böyük Qayıdış”a bir addım da yaxınlaşdırır. Yanvarın 24-dən başlayaraq işğaldan azad edilən ərazilərə müntəzəm avtobus reysləri fəaliyyətə başladı. Beləliklə, ürəyində illərdir Qarabağ nisgili olan vətəndaşlar 4 istiqamətdə bu torpaqları ziyarət edə bilirlər. Belə ki, səfərlər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, Bakı-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam istiqamətlərində isə həftədə 2 dəfə təşkil edilir. Bu günədək Bakıdan Şuşaya 2 reys olmaqla 94 sərnişin, Əhmədbəylidən Şuşaya 3 reys olamqla 69 sərnişin, Bakıdan Ağdama 2 reys olmaqla 67 sərnişin, Bərdədən Ağdama da 2 reys olmaqla 76 sərnişin daşınıb. Növbəti səfər yanvarın 31-də Ağdama olacaq. 50 nəfərlik sərnişin avtobusu səhər 7-nin yarısında Bakı avtovağzalından yola düşəcək. Səfər iştirakçıları Pənahəli xanın 18-ci əsrdə inşa etdirdiyi İmarət kompleksi, ermənilərin dağıtdığı Xurşidbanu Natəvanın məzarı və digər erməni vandallığına məruz qalmış tarixi abidələri ziya
Back to Top