Şuşada yaşayış binaları tikilir - BAKU TV

Şuşada yaşayış binaları tikilir - BAKU TV Aktual xəbərlərimiz Azərbaycanın mədəniyyət paytaxtında ilk yaşayış binalarını inşa edəcək şirkət müəyyənləşib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Şuşada 23 binalı yaşayış massivinin 8 binasının tikintisi üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub. Tender komissiyası 9 şirkətin təqdim etdiyi təklifləri qiymətləndirib və yekun qərara əsasən, “CONCO“ QSC ilə müqavilə bağlanılıb. Şəhərin Baş planına əsasən, müasir materiallardan istifadə etməklə Şuşada üç və beşmərtəbəli yaşayış binaları tikiləcək. Həmçinin şəhərin iqlim şəraiti nəzərə alınacaq. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq da inşa ediləcək. Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tender isə yaxın zamanda keçiriləcək. Onun üçün də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təcrübəli tikinti şirkətlərini növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Şuşada yaşayış binaları tikilir #bakutv #susadayasayis #yasayisbinalari #şuşa #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top