4800 şəhidin paltarı və əşyasının əmanət edildiyi məkan - BAKU TV | son xeberler | news

4800 şəhidin paltarı və əşyasının əmanət edildiyi məkan - BAKU TV | son xeberler Bərdədə Birinci Qarabağ müharibəsində şəhid olan 4800 qəhrəmanımızdan qalan əşyalar əbədiləşdirilib. Şəhidlərin yuyulması və kəfənlənməsi işlərində iştirak edən axund Ramazan Hüseynov bildirib ki, şəhidlərin üzərindən çıxarılan qanlı paltarları və şəxsi əşyaları rayon sakinləri ilə birlikdə basdırıblar. 27 ildən sonra şəhidlərin qanlı libaslarının basdırıldığı yer onların ailə üzvlərinin dəstəyi ilə abadlaşdırılaraq ruhları yad edilib. Yüksək zirvəyə ucalan şəhidlərimizin geyimləri və başqa əşyaları bizim üçün onların ruhu qədər müqəddəsdir. Abidə kompleksinin yaradılmasında məqsəd də Vətən uğrunda canından keçən oğullarımızın şəhidlik kimi ali bir məqama ucaldığını və heç vaxt unudulmadığını gənc nəslin diqqətinə çatdırmaqdır. Qeyd edək ki, şəhidlərin üzərindən çıxarılan geyimləri və şəxsi əşyalarının basdırıldığı ərazi abadlaşdırılaraq burada ağaclar əkilib, ətrafına qırmızı lent və asfalt örtüyü çəkilib.
Back to Top