Laçın-Xankəndi yolunda ilk dəfə mülki ermənilər keçdilər

Bu gün Rusiya sülhməramlı qüvvələrinin müşayiət ilə Xankəndi - Laçın yolundan mülki ermənilər keçib. Keçənlər arasında 26 mülki şəxs olub ki, onlardan 6-sı uşaqdır. Qeyd edək ki, bu ərazidən mülki ermənilərin ilk keçididir. Bu günə kimi Qırmızı Xaç komitəsinin müşayiəti ilə yalnız xəstə ermənilər keçid edərək xəstəxanaya getmişdilər. Bu keçid onu sübut edir ki, erməni separatçılarının Laçın yolunun blokadası ilə bağlı xəbərlər yalandır, Ermənistan tərəfinin uydurmasıdır və dünya mediasını aldatmaq cəhdindən başqa bir şey deyil. #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top