Helikopter qəzasında şəhid olan hərbçilərin dəfn mərasimi keçirilir

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçularla “Sərhədçi” İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilib. Vida mərasimində DSX-nin və digər qurumların əməkdaşları, şəhidlərin yaxınları, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdən sonra şəhid hərbi qulluqçuların nəşləri dəfn olunmaq üçün ailələrinə təhvil verilib. DSX-nin şəhid olan hərbi qulluqçuları II Fəxri Xiyabanda dəfn olunacaqlar. Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. #İTV #İTVXəbər #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top