Zibil qutularına atılan tullantılardan 150 milyon manat qazanılıb – APA TV

#APATV #Balaxanı #Balakhani #zibilemalı #tullantı #Məişəttullantıları #zavod #Təmizşəhər #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 Zibil qutularına atılan tullantılardan 150 milyon manat qazanılıb – APA TV Zavoda il ərzində 100 min tona qədər tullantı gətirilərək, çeşidləmə prosesinə cəlb olunur. Tullantılar ilkin olaraq tərəzidə ölçülür, sonra boşaltma məntəqəsinə gətirilir. Burada il ərzində 1000 manatdan çox dəmir pul toplanır. Dəmir pullar dezinfeksiya olunduqdan sonra banka təhvil verilir. Orxan Cabbarlının sözlərinə görə, zavod avtomatik sistemdə fəaliyyət göstərir, hər hansı təhlükə yaranarsa, zavodun işi dərhal dayanır. Metal tullantılar maqnit separatorla tutulduqdan sonra digər tullantılar çeşidlənməyə yönləndirilir. Burada hər bir əməkdaş fərqli tullantını çeşidləyir. Çeşidləmə prosesində bəzən maraqlı əşyalar da tapılır. Həmin əşyalar zavodda yaradılmış guşədə sərgilənir. Bunların arasında 1892-ci ildə nəşr olunan kitab xüsusi diqqət çəkir. Bəzən hansısa əşyasını itirən şəxslərin zavoda müraciət etdiyini deyən Orxan Cabbarlı tapılan əşyaların aidiyyəti üzrə təhvil verildiyini deyir. İllik gücü 500 min ton olan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə tullantıların yandırılması nəticəsində 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək mümkündür. Tullantıların yandırılması zamanı həcmi azalır və əmələ gələn uçan kül xüsusi filtirlə tutularaq poliqonda basdırılır, dib külü isə yol inşaatında istifadə edilir. Qeyd edək ki, ölkə başçısının 2 iyul 2022-ci il tarixli Fərmanı ilə işğaldan azad olunan bütün ərazilərdə tullantıların idarə olunması “Təmiz Şəhər” ASC-yə tapşırılıb. Hazırda həmin ərazilərdə tullantıların müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. ORXAN ASLAN ARİF ƏLİYEV APA TV ✅ Rəsmi saytımız: ✅ Rəsmi facebook səhifəmiz: ✅ Rəsmi instagram səhifəmiz: ✅ Rəsmi twitter səhifəmiz: ✅ Rəsmi teleqram səhifəmiz: ✅ Rəsmi youtube kanalımız: Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@
Back to Top