Qazilərimiz Ağdamda yarışa çıxdılar - Baku TV

Qazilərimiz Ağdamda yarışa çıxdılar - Baku TV 30 ildən sonra Ağdamda ilk dəfə Vətən müharibəsi qaziləri arasında əlil arabasında qılıncoynatma idman növü üzrə “I Zəfər Kuboku“ yarışı keçirilib. Gənclər və İdman Baş İdarəsi ilə Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşkil etdiyi tədbirə Ağdam məscidinin ziyarəti ilə start verilib. Tədbir iştirakçıları və qonaqlar məsciddə namaz qılıb, dualar oxuyub, şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Dövlət himnimiz səsləndirildikdən və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra qazilərimiz yarışa başlayıb. 6 nəfər döyüş medallı qazimiz Şuşa zirvəsindən sonra olimpiya zirvəsini fəth etmək üçün mübarizə apardı. İdmançılarımız sübut ediblər ki, ayaq üstdə durmaq üçün ayaqların olması vacib deyil. Yarışın həm yarımfinal, həm də final mərhələsi qardaşlıq və həmrəylik ortamında keçdi və nəhayət, qalib seçildi. Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, yarışın qalibi Fransada keçiriləcək Paralimpiya Oyunlar
Back to Top