Ali Ashikar — Çək (Rəsmi Musiqi Videosu)

Ali Ashikar-ın “Çək“ treki artıq onlayndır. Ali Ashikara YouTube-da abunə ol: Rəqəmsal platformalarda dinlə: Directed by: Elbin Əzizli Musiqi və söz: Ali Ashikar Beat: DENOR Mix & Mastering: Ali Ashikar Ali Ashikarı sosial şəbəkələrdə izlə: Facebook: Instagram: Twitter: Genius: Sözlər [Bənd 1] Çək tətiyini, qorxma, bu gün rahat ol Rahat ol, çək tətiyini vur ki, dinsin açdığın yaran sinəmdə Çəkərsən əlini, indi yox, hələ ki gözlə, çünki bitmir ağrılar, çəkərsən ağrılar dinəndə Öləndə gəlmə üstümə, səni mən görmək istəməm, gözündə yaşla, bir də güllər əlində Ölüb də yaramı sarmaq istədim guya, alınmadı Yaralar çox dərindir, güllə dərində Sənin də ürəyin ağrayır, üzündə təbəssüm də qalmayıb, heç yorulmusan, bil ki, mənim də Aldığın hər nəfəsdə mən yanındayam, düşün ki, sən də ölmüsən mənimlə birgə kəfəndə Yerində olsam əgər, bəlkə silərdim, bəlkə də yaşlanardı xatirələr qalsa rəfimdə Alardım hər kəsi mən qarşıma, bilsəm ki, dəyər verdiyim insan dayanıb sol tərəfimdə [Bənd 2] Mən indi seyrə çıxmışam, səmada uzaq bir yerdən izləyir gözlərim səni Hər baxanda sənə yanılmışam, sən demə, göstərirdi səhv baxanda güzgülər səni Nədənsə unuda bilmir heç və sanki özünə həbs edib ürəkdə hisslərim səni Sanma ki, car çəkirəm mən, inan ki, heç kimə yox, bir tək özünə pislədim səni Boş limanda gözlədim səni, bir ümid işığına möhtac yarımçıq adamlar kimi Daha bizi düşünmə, boş ver, hər şeyin bir sonu var, biz də yarıda qalanlar kimi Bu həyat çox şey alıb məndən, mənim arzularımı, xəyallarımı, sən də sevgimi Deyəsən, itirmisən sən, nə qədər axtardım, tapmadım, amma səndə sevgimi Ali Ashikar tərəfindən ifa olunan “Çək“ parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “Art Music“ tərəfindən qorunur. © 2022 Yayım hüquqları “mikpro“ MMC-ə məxsusdur. Etiketlər: #AliAshikar #Çək #mikpro
Back to Top