Paşinyan Azərbaycana görə konstitusiyanı dəyişir - BAKU TV

Paşinyan Azərbaycana görə konstitusiyanı dəyişir - BAKU TV Ermənistanın hakim partiyası postmünaqişə dövründə siyasi arenada söz sahibi olmaq üçün uzun müddətdir müəyyən addımlar atır. Ötən gün isə ölkə konstitusiyasına bir sıra dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüs irəli sürülüb. Əsas məsələ isə dövlət bayraqlarındakı Ağrı dağı simvolunun dəyişdirilməsi və saxta soyqırımı iddialarından imtina edilməsi ilə bağlıdır. Politoloqlar hesab edirlər ki, bu təklifin edilməsi heç də səbəbsiz deyil. Bir tərəfdən pandemiyanın yaratdığı ciddi problemlər, digər tərəfdən ölkədə vətəndaş həmrəyliyinin olmaması Paşinyan iqtidarını dalana dirəyib. Nikol Paşinyanın partiyasının dəyişiklik təklifində həmçinin ölkədə idarəetmə sisteminin də yenilənməsi nəzərdə tutulub. Lakin xüsusilə müxalif partiyalar bu təşəbbüsün əleyhinə çıxıb. Baş nazir bu addımı ilə yenidən həm müxalifətin, həm də ölkədə özünü millətçi adlandıran kəsimin təzyiqləri ilə üz-üzə qalıb. Ekspertlərin qənaətincə, Paşinyanı bu addıma vadar edən səbəb Türk
Back to Top