Uzeyir Mehdizade & Ramin Edaletoglu - Meni Qinamayin 2023 (Yeni Klip)

Üzeyir Mehdizadə & Ramin Ədalətoğlu - Məni Qınamayın 2023 (Yeni Klip) Uzeyir Mehdizade & Ramin Edaletoglu - Meni Qinamayin 2023 (Yeni Klip) Söz, Musiqi: Üzeyir Mehdizadə, Ramin Ədalətoğlu Aranjiman: Üzeyir Mehdizadə Video : Üzeyir Production Rejissor, operator : Tural Xəlilov Montaj, rəng : Tural Xəlilov Youtube Menecer : Nadir Kərimov “Məni Qınamayın“ - Sözləri (Lyric) Deməyin ki, nədir dərdin Siz bir yana mən bir yana Paxıl olmaq zülüm etmək Yaraşmaz heç bir insana Nəyə lazım belə olmaq Yığıldım artıq mən cana Kimə yandım yaxın oldum Vəfasızlıq gördü gözüm Bu səbəbdən neçə ildir Yaralandım gülmür üzüm Özüm etdim olan oldu Günahkar olmuşam özüm Sizə nə varki siz danışılası söz tez taparsız Yerimə olmadan siz çətin məni anlayarsız Məni qınamayın daha sınamayın çox yoruldum Bu olanlardan yaşananlardan çox yoruldum Həyatımda daha yer yox Ümüdsüzlüklərnən dolu Nə yarım var nədə dostum Səssizdir hər yer qorxulu Gedirəm mən səfərim var Tənhalıqdan seçdim yolu Düşünürdüm dayağımdır Yanındakılar hər zaman Amma gördüm hədər imiş Yalandır hər bir şey yalan Yaşamaqdan elə doydum Danışmaqda deyil asan Sizə nə varki siz danışılası söz tez taparsız Yerimə olmadan siz çətin məni anlayarsız Məni qınamayın daha sınamayın çox yoruldum Bu olanlardan yaşananlardan çox yoruldum Üzeyir Mehdizadə - nin ifa etdiyi bütün audio və video məzmunlar “Uzeyir Production“ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır! #UzeyirMehdizade #RaminEdaletoglu #MeniQinamayin
Back to Top