İran kanalının azərbaycanlı əməkdaşları niyə fars şovinizminə xidmət edir?
Təəssüf doğuran odur ki, fars şovinistlərin sifarişini yerinə yetirənlər arasında elə cənubdan olan soydaşlarımız da var. İranda Azərbaycan dilində fəaliyyət göstərən “Səhər” kanalının əməkdaşları kimi. Bu kanalın verilişlərində İran hökumətinə etiraz etmək əvəzinə, cənublu soydaşlarımızın hüquqlarını müdafiə etməyə çalışan bizlərə etiraz edilir. Hətta daha irəli gedərək Bakı, Gəncə, Naxçıvan qədim İran ərazisi adlandırılır. Axı siz də azərbaycanlısız, İranda azərbaycan dilində məktəbin olmasını niyə istəmirsiz? Axı bu sizin ana dilinizdir. Eyni mövqeyi İran parlamentində təmsil olunan azərbaycanlı deputatlardan da görürük. Hörmətli cəcnublu deputatlar, niyə istəmirsiz ki, fars uşaqları Firdovsini öz ana dilində oxuduğu kimi, cənublu balalarımız da Məhəmmədhüseyn Şəhriyarı, Bəxtiyar Vahabzadəni, Süleyman Rüüstəmi azərbaycan dilində oxusun? O uşaqların məsələn, Səməd Vurğunun “Azərbaycan” şeirini öz ana dilində oxuması və öyrənməsinin nəyi pisdir? Axı İranın cənubi azərbaycanlılara qənim kəsilən siyasəti və sizin bu siyasəti dəstəkləməyiniz həqiqəti dəyişmir. Məsələn, elə dostunuz Ermənistanın konsulluq açmaq istədiyi Təbrizin Azərbaycan olduğu həqiqətini. Məncə, bu gün hər şeyi öz adı ilə çağırmağın tam zamanıdır. Biz bu gün çəkinmədən deməliyik ki, Təbriz Azərbaycandır. Bu heç bir halda İrana ərazi iddiası deyil, sadəcə tarixi gerçəkdir. Təbriz də, Ərdəbil də, Xoy da, Urmiya da, Zəncan da tarixi Azərbaycan torpağıdır. Nə zamansa Təbriz də, İrandakı digər qədim torpaqlarımız da öz azadlığına qovuşacaq.
#ictimaitv #video #televiziya #baku #videolar #itv
7 views
5
0
2 years ago 02:17:50 1
Azərbaycan Rusiyaya nota verdi! Etiraz aksiyaları davam edəcək... Rusiya müharibəsi və İran faktoru