Ermənistan Azərbaycanla yolların açılmasına hazırlaşır - Baku TV

Ermənistan Azərbaycanla yolların açılmasına hazırlaşır - Baku TV Azərbaycanla yolların açılması ölkəmizə müsbət təsir edəcək. Bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan İrəvanda “Erməni İşgüzar Forumu“ çərçivəsində keçirilən brifinqdə deyib. Ermənistan, Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qruplarının səyi ilə bu yolların açılmasının Ermənistana hansı iqtisadi səmərə verəcəyi sualını o, belə cavablandırıb: “İndi dəqiq hesablamalar aparmaq bir az çətin olacaq. Çünki hələ öyrənilməsi lazım olan iki amil var. Birincisi, uzun illərdir blokadada olmağımızdır. Bu mənada, aydındır ki, blokadadan çıxmağımıza kommunikasiyaların açılması müsbət təsir göstərəcək. Ancaq əhatə dairəsi baxımından hələ öyrəniləcək məsələlər var”. Forumda Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk da üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılması üçün aparılan işlərdən danışıb. Bu da o deməkdir ki, Ermənistan artıq regionda yeni reallıqla barışıb və üçtərəfli bəyanatdan irə
Back to Top