zeyir Hacbyli - Dylr Mar (1942)

Döyüşçülər Marşı (1942) March of the Fighters “Gəl cərgə-cərgə, qatar-qatar, Qüdrətin də var, qanın da var! Dağlara qalxsın zəfər səsi, Gözlərdə qalsın bir yadigar. Şanlı ordumuz - xoşbəxt yaşa! Sinən coşub gəl, daşa-daşa! Qızıl sabahla, doğma eldə Alqışlar olsun yar-yoldaşa! Girdik meydana, mərdi-mərdana, Düşmənin yurdu batsın qana! Hər dağa-daşa zəfərlə yazdıq: “Salam anamız Azərbaycan!“ Azərbaycan, Ura! Ura! Ura! Yaşa bəxtiyar sərkərdəmiz, Sənin yolunda qurbanıq biz! Boyu, məramı qalxsın göyə, Şanlı yaşasın gənc nəslimiz! Ura! Ura! Ura!“ Mus: Üzeyir Hacıbəyli Söz: Səməd Vurğun İfa: ART xoru
Back to Top