Film rejissorlar Cavanşir Məmmədov və Xan Babayev tərəfindən 1959-cu ildə çəkilmişdir. “Azərbaycanfilm“ kinostudiyasında istehsal edilmişdir. Film 1959-cu ilin may ayında Moskvada keçirilmiş Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü haqqındadır.
Filmdə ədəbiyyat, balet, opera, dram, təsviri və sirk sənətləri, simfonik və xalq musiqisi sahələrində qazanılmış uğurlar öz əksini tapmışdır. Burada bədii özfəaliyyət kollektivlərinin çıxışları, ongünlükdə ilk dəfə olaraq Azərbaycan filmlərinin nümayişi barədə də söhbət açılır.
Filmin üzərində işləyənlər:
Ssenari müəllifi: Hüseyn Nəcəfov
Rejissor: Cavanşir Məmmədov, Xan Babayev
Operator: Xan Babayev, Seyfulla Bədəlov, Cavanşir Məmmədov, M. Prudnikov
Bəstəkar: Rauf Hacıyev