Prezident İlham Əliyev: Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır

Bu sözləri Azərbaycan Prezidenti 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib. “Son vaxtlar siz də bunu görürsünüz, Ermənistanın baş naziri öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə edir. Onun gəldiyi qənaətə görə, Ermənistan Azərbaycanı bir çox parametrlər üzrə qabaqlayır. Bəri başdan bildirirəm və bunu heç sübut etməyə ehtiyac yoxdur ki, belə bir fərziyyənin heç bir əsası yoxdur”, - deyə dövlət başçısı vurğulayıb. #PrezidentİlhamƏliyev
Back to Top