Vladimir Putinin proseslərə müsbət təsiri özünü bir daha göstərdi - Baku TV

Vladimir Putinin proseslərə müsbət təsiri özünü bir daha göstərdi - Baku TV Noyabrın 26-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında görüş keçirildi. Görüşdə bir sıra mühüm qərarlar verildi. Postmünaqişə dövründə bölgənin təhlükəsizliyini təmin etmək və 3 ölkə arasında daha əvvəl imzalanan 2 bəyanatın səmərəli icrasını təmin etmək üçün yeni bəyanat imzalandı. Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyəsi və prezident Putinin bu prosesdə müsbət rolu elə dünənki görüş zamanı özünü göstərdi. Rusiyanın vasitəçiliyi ilə baş tutan görüş həm də bir sıra mühüm məqamları ilə yadda qaldı. Rusiya Prezidenti Putinin görüşdən sonra keçirilən mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətməsi Rusiyanın Zəngəzur dəhlizini dəstəkləməsidir. Qeyd edək ki, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində görüşəcəklər. ________________________________ Pulsuz Ela
Back to Top