1959-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda yaradılmış qızlardan ibarət xalq rəqs ansamblı.
Ansamblın ilk rəhbəri Azərbaycan Dövlət Filarmoniyasının solisti Əminə Dilbazi olmuşdur.
“Çinar“ öz səhnə həyatına “Çinar“ rəqsi ilə qədəm qoymuşdur. Sonralar ansamblın ifasında “Bənövşə“, “Ceyran“ rəqsləri yaranmışdır.