Uzeyir Mehdizade - Baxir Sene

Uzeyir Mehdizade - Baxir Sene (Yeni 2023) Söz, Musiqi: Üzeyir Mehdizadə Aranjiman, Mix / Mastering: Üzeyir Mehdizadə “Baxır Sənə“ - Sözləri (Lyric) O qədər gözəlsən ki, bütün aləm baxır sənə Hər baxan valeh olur dönür hərdən baxır sənə Seçilirsən yeriyəndə yerişin tam ayrıdır Güləndə gözlərin gülür gülüşün tam ayrıdır Geyimin tamam fərqlidir görnüşün tam ayrıdır Hər baxan deyir yoxdu belə görkəm baxır sənə O qədər gözəlsən ki, bütün aləm baxır sənə Hər baxan valeh olur dönür hərdən baxır sənə Səni kim qısqanır baxır sənə nöqsan axtarır Tapa bilmir bir eyib paxıllıq ürəyini yarır Baxışların adamın ağlını başdan çıxarır Adam sənə həm baxmaq istəmir hər baxır sənə O qədər gözəlsən ki, bütün aləm baxır sənə Hər baxan valeh olur dönür hərdən baxır sənə O mənəm təmiz ürəklə hey sənə həsrətlə baxan Ötəri hislə deyil sevgi məhəbbətlə baxan Unutma yadında saxla sənə həsrətlə baxan Bir nəfər varsa mənəm de ki möhkəm baxır mənə O qədər gözəlsən ki, bütün aləm baxır sənə Hər baxan valeh olur dönür hərdən baxır sənə #UzeyirMehdizade #BaxirSene #Uzeyir2023
Back to Top